Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada aztəminatlı evdar qadınların məşğulluq məsələlərinə diqqət göstərilir

30 iyun 2022 | 09:07

İyunun 29-da Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində aztəminatlı evdar qadınların məşğulluq məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Zaqatala Qadın Resurs Mərkəzinin sahibkar üzvlərinin və evdar qadınların iştirak etdiyi tədbirin məqsədi qadınlar arasında kiçik sahibkarlığın inkişaf etdirilməsi, onların maliyyə savadlılığının və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılması olub.

Tədbirdə Qadın Resurs Mərkəzindən faydalanan qadınlar öz biznesləri barədə məlumat verib, bacarıq və qabiliyyətlərini aztəminatlı evdar qadınlarla bölüşüblər.

Keçidlər