Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada arı ailələrinin sayı artıb

02 mart 2023 | 10:01

Zaqatala rayonunda 1674 təsərrüfatçı arıçılıqla məşğul olur. Hazırda rayonun arıçılıq təsərrüfatlarında 39 min 5 arı ailəsi var. Arıçılığın inkişafına göstərilən dövlət dəstəyinin nəticəsidir ki, ötən il rayonda arıçılıqla məşğul olan təsərrüfatların sayı əvvəlki illə müqayisədə 120 təsərrüfat, arı ailələrinin sayı isə 2231 ailə artıb.

Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, ötən il Zaqatala rayonunda arıçılıqla məşğul olan təsərrüfatçılara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 390 min 50 manat subsidiya ödənilib.

Rayonun arıçılıq təsərrüfatlarında il ərzində 330 tonadək bal, 45 ton mum, 500 kiloqram çiçək tozu, 200 kiloqram vərəmum, 15 kiloqramadək arı südü və digər məhsullar istehsal olunub. Rayonun təbii iqlim şəraiti arıçılıq məhsulları istehsalının artırılmasına imkan verir.

Keçidlər