Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada ağacəkmə aksiyası keçirilib

17 oktyabr 2024 | 14:34

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Zaqatala rayonunda ağacəkmə aksiyasına başlanılıb. Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə oktyabrın 17-də keçirilən ağacəkmə aksiyası zamanı Qax-Zaqatala magistral avtomobil yolunun kənarlarında 350 ədəd ağac tingi əkilib.

Aksiya çərçivəsində keçirilən iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Meşə İdarəsinin və yerli təşkilatların əməkdaşları iştirak ediblər.

Kampaniyanın oktyabr-noyabr ayları ərzində davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər