Zaqatalada 8750 ting əkilib
11 noyabr 2024 | 16:08
11 Noyabr - Türk Dövlətləri Milli Ağac əkmə Günü münasibətilə Zaqatala rayonunda “Gələcəyə nəfəs” adı altında ağacəkmə aksiyası keçirilib.
Bildirilib ki, aksiya çərçivəsində Əliabad və Muğanlı meşəbəyliklərinin ərazisində 3,5 hektar sahədə 8750 ədəd göyrüc tingi əkilib.
Aksiyada rayon icra hakimiyyətinin nümayəndələri, 8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Zaqatala Dövlət Qoruğunun əməkdaşları və könüllülər iştirak ediblər.