Zaqatalada 141 nəfər könüllü qan verib
21 aprel 2025 | 09:46
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Korpusunda aprelin 21-də təşkil edilən növbəti qanvermə aksiyasında 141 nəfər könüllü qan verib.
Respublika Qan Bankının həkim briqadası tərəfindən həyata keçirilən aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.
Aksiyada rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin sakinlər fəal iştirak ediblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Respublika Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.