Zaqatala şəhərində də Xocalı Faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub
26 fevral 2026 | 17:48
Bu gün saat 17:00-da ölkəmizin bütün ərazisində olduğu kimi, Zaqatala şəhərində də Xocalı Faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sükut dəqiqəsi zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib. Rayon ictimaiyyəti şəhidlərin xatirəsini ehtiramla anıblar.






