Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala sakinlərindən Türkiyəyə qardaş köməyi

10 fevral 2023 | 11:17

Zaqatalalılar Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulublar.

Zaqatalalılar səhər saatlarından etibarən axın-axın rayon Mədəniyyət Mərkəzində təşkil olunan yardım toplama məntəqəsinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər. Yardımlar əsasən, yataq dəstləri, yorğan-döşək, isti geyim, azyaşlılar üçün lazım olan əşyalardan ibarətdir. Aksiyada rayonda yaşayan bütün xalqların nümayəndələri yaxından iştirak edirlər.

Aksiyada iştirak edən vətəndaşlar minlərlə insanın ölümünə, böyük dağıntılara, yaşayış məntəqələrinin yerlə-yeksan olmasına, on minlərlə insanın yaralanmasına səbəb olan bu dəhşətli zəlzələdən sarsıldıqlarını bildirirlər.

Keçidlər