Zaqatala rayonundan olan hərbi qulluqçular ölümündən sonra “Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşlar.
25 iyun 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında yüksək qəhrəmanlıq, igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi hissələr qarşısında qoyulmuş döyüş tapşırıqlarını şərəflə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Zaqatala rayonundan olan bir qrup hərbi qulluqçusu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
1. Abakarov Nail Müzəffər oğlu
2. Cumayev Orxan Fətəli oğlu
3. Əhmədli Aydın Mustafa oğlu
4. Hacıyev Sayad Azad oğlu
5. İsrafilov Abdurahman İsrafil oğlu
6. Mahmudov Natiq Ramazan oğlu
7. Mehdiyev Zöhrab İlham oğlu
8. Məhəmmədov Alim Qəmərşo oğlu
9. Məmmədov Elvin Mahmud oğlu
10. Məmmədov Fəqan Vahid oğlu
11. Məmmədov Ümid Bəkir oğlu
12. Məmmədov Vidadi Etibar oğlu
13. Murtuzəliyev Xəqani İsa oğlu
14. Nəbiyev Ruslan Muhuma oğlu
15. Nuhiyev Musa Nüsrət oğlu
16. Putiyev Əhməd Şamil oğlu
17. Ramazanov Elxan Ramazan oğlu
18. Ramazanov Vüsal Vahid oğlu
19. Süleymanlı Rəsul Kamil oğlu
20. Xəlilli Nicat Əli oğlu
21. Xudaverdiyev Mahmud Əhməd oğlu






