Zaqatala rayonunda “Ziyalı nəsihəti” layihəsi çərçivəsində seminar keçirilib
19 iyun 2023 | 10:57
Zaqatala rayonunda “Ziyalı nəsihəti” layihəsi çərçivəsində seminar keçirilib
İyunun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zaqatala rayonunda şair, publisist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin rayon gəncləri ilə görüşü baş tutub.
Seminarda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov, Zaqatala Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, mədəniyyət və təhsil sahəsində çalışan gənclər, UNEC-in Zaqatala filialının, eləcə də Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri iştirak ediblər.
Gənclərlə interaktiv şəkildə keçən müzakirələrdə dəyərlərimiz, onları təşkil edən kompanentlər barəsində geniş fikir mübadiləsi aparılıb, vətənpərlik, azərbaycançılıq, milli kimlik kimi ülvi dəyərlərin hər zaman diqqətdə saxlanılmalı olduğunun vacibliyi vurğulanıb.