Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans başlayıb.

12 iyun 2023 | 10:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Zaqatala rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans başlayıb.
DQİDK və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) rəhbər şəxsləri, dini konfessiya, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə bildirib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verən ölkədir. Rayondakı mövcud dini durum barədə məlumat verən M.Əhmədzadə vurğulayıb ki, milli-mənəvi dəyərlərimizə yad ideologiyaların zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində Komitənin həyata keçirdiyi tədbirlər əhali tərəfindən razılıqla qarşılanır.

Keçidlər