Zaqatala Rayon İcra Hakimiyyətini başçısı Mübariz Əhmədzadə və hüquq-mühafizə orqanlarının rəhbərləri Danaçı kəndində sakinlərlə görüşüb.
17 iyun 2022 | 10:42
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Mübariz Əhmədzadə və hüquq-mühafizə orqanlarının rəhbərləri iyun ayının 16-da Danaçı kənd sakinləri ilə görüşüblər.
Görüşdə həmçinin RİH-nin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri və kənd sakini iştirak edib.
Görüşdə sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqvə tövsiyələr verilib.