Zaqatala Rayon İcra Hakimiyyətində "Zaqatalada 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı" keçirilib.
12 yanvar 2025-ci il tarixdə Zaqatala Rayon İcra Hakimiyyətində "Zaqatalada 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı" keçirilmişdir.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Azərbaycan Perpublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Milli Məclisin deputatı Asif Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin nümayəndələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV və rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları ilk öncə Heydər Parkında ulu öndərin abidə kompleksini ziyarət etmiş, önünə gül dəstələri düzmüş və xatirəsini ehtiramla yad etmişlər. Sonra iştirakçılar rayonda istehsal edilən məhsulların sərgisi ilə tanış olmuşlar.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Zaqatala RİHB-nın müavini İlkin Şəfizadə bildirib ki, 2025-ci il ərzində rayonda 482 milyon 288 min manatlıq məhsul istehsal edilmiş, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz çoxdur. Bu artım faktiki qiymətlərlə sənayedə 2,6 faiz, kənd təsərrüfatında 5,1 faiz, tikintidə 3,4 dəfə, nəqliyyatda 4,2 faiz, rabitədə 24,5 faiz, ticarətdə 4,8 faiz, pərakəndə əmtəə dövriyyə üzrə 4,8 faiz, pullu xidmətlər üzrə 14 faiz olmuş, orta aylıq əmək haqqı 11,1 faiz artmışdır.
Rayonun iqtisadiyyatına cari dövr ərzində 2 milyon 225 min manat həcmində özəl investisiya qoyulmuş, Sahibkarlığa Kömək İnkişaf Fondu tərəfindən 33 layihə üzrə 6 milyon 595 min manat güzəştli kreditlərin verilməsi təmin edilmişdir.
Həmçinin qeyd olunub ki, esabat dövründə büdcəyə vergi və tədiyyələr üzrə 17 milyon 788 min manat, məcburi dövlət sosial sığorta haqqları üzrə 10 milyon 646 min manat, işsizlikdən sığorta üzrə 391 min 800 manat, icbari tibbi sığorta haqları üzrə 1 milyon 784 min manat vəsait daxil olmuşdur.
2025-ci il ərzində 589 nəfərə yeni pensiya işi təyin edilmiş, 296 ailəyə ünvanlı sosial yardım verilmiş, 8936 nəfər yaşa, 3232 nəfər əlilliyə və 917 nəfər ailə başçısını itirmiş sosial müavinət və təqaüd alan şəxsə xidmət göstərilmişdir.
Aqrar sektorda həyata keçirilmiş tədbirlər sayəsində rayonda bütün imkanlar səfərbər olunaraq kənd təsərrüfatı tədbirləri aqrotexniki müddətlərdə və keyfiyyətlə həyata keçirilmiş, 2025-ci ildə 8234,5 ha sahədə payızlıq taxıl, o cümlədən 4824,5 ha buğda, eləcə də 22548,6 ha meyvə bağlarına və 212 ha efir yağlı bitki sahələrinə aqrotexniki xidmət göstərilmiş, yaz-tarla işləri davam etdirilərək 3750 ha sahədə qarğıdalı, 403 ha sahədə tütün, 275 ha sahədə paxlalılar, 1648 ha sahədə kartof, 2187 ha sahədə tərəvəz, 4360,1 ha sahədə yonca, 843 ha sahədə bostan bitkiləri becərilmişdir. Bundan başqa, rayonda dən və yaşıl yem istehsalının artırılması məqsədi ilə payızlıq taxıl biçinindən sonra qarğıdalı əkilərək 266 ha sahə təkrar əkinə cəlb edilmişdir.
Yığıncaqda, həmçinin 2016-cı ildə əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər də ətraflı təhlil olunub.
Hesabat yığıncağında çıxış edən Prezident Administrasiyasının sektor müdiri İlqar Süleymanov və Milli Məclisin deputatı Asif Əsgərov 2025-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, rayonda görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini bildirmişlər.
Yığıncaqda bir qrup şəxs 2025-ci ildə rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə rayon icra hakimiyyətinin fəxri fərmanı ilə mükafatlandırılmışdır.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.






