Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir.

12 iyun 2025 | 09:38
Zaqatala rayon Heydər Əliyev Mərkəzində Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir..
Yığıncaqda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov və rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə seçilən bir qrup rayon ağsaqqalı iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Yığıncaq öz işinə başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin, Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin və hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Daha sonra hesabat yığıncağını giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqalların əhəmiyyətini vurğulamış, ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının həmişə ən ali həyat məramı olmasını və hər zaman onların xeyir-duasının alınmasının, ağsaqqal məsləhətinə, tövsiyəsinə böyük önəm verilməsini diqqətə çatdırmışdır.
Sonra Rayon Ağsaqqallar Şurasının sədri İsa Əhmədovun hesabatı və Şura üzvlərinin çıxışları dinlənilmişdir.
Hesabat yığıncağının sonunda çıxış edən Respublika Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu iştirakçıların diqqətinə çatdırmışdır.
Keçidlər