Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayon Heydər Əliyev Mərkəzində "Birgəlik" adlı tədbir keçirilib.

07 sentyabr 2023 | 10:27
6 sentyabr 2023-cü il tarixdə Zaqatala rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Zaqatala Rayon İcra Hakimiyyəti, Balakən regional ASAN xidmət mərkəzi və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Birgəlik” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilərək başlanan tədbiri giriş sözü ilə Mərkəzin direktoru Famil Rəhimov açıq elan edib.
Daha sonra çıxış edən Balakən regional ASAN xidmət mərkəzinin direktoru Amil Musayev və RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçıs Ramin Həsənov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.
Daha sonra Balakən regional ASAN xidmət mərkəzinin könüllüləri tərəfindən dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Həmçinin könüllülərin vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.
Sonda Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Keçidlər