Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Zərif Azərbaycan qadını” mövzusunda tədbir keçirilib.

08 mart 2026 | 00:00
Zaqatala rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Zərif Azərbaycan qadını” mövzusunda tədbir keçirilib.
Tədbirdə ilk öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra “Azərbaycan qadını haqqında” film nümayiş olunub, mövzu ətrafında çıxışlar dinlənilib. Bildirilib ki, Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanması yeni dövr tariximizin əlamətdar faktlarındandır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin inkişafında, müstəqil dövlətin qurulmasında qadınların rolunun artdığı, qadınlarla bağlı məsələlərin daim dövlətin diqqət mərkəzində olduğu vurğulanıb.
Tədbir konsert proqramı ilə davam edib.
Keçidlər