Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib

04 noyabr 2026 | 09:46
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini Vahid Novruzov, eləcə də rayonun 60 nəfərədək ağsaqqalı iştirak ediblər.
Yığıncaqda çıxış edənlər ağsaqqallar institutunun cəmiyyət həyatındakı rolundan, milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, dövlətçilik ənənələrinin yaşadılmasında və ictimai həmrəyliyin möhkəmləndirilməsində ağsaqqalların üzərinə düşən mühüm vəzifələrdən bəhs ediblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi fikirlər, ölkəmizin qarşısında duran prioritet vəzifələr, dövlətçilik prinsiplərinin qorunması, milli birlik və həmrəyliyin daha da gücləndirilməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Hesabat yığıncağında Zaqatala Rayon Ağsaqqallar Şurasının ötən dövr ərzində gördüyü işlərə nəzər salınıb, qarşıda duran vəzifələr, fəaliyyətin daha da genişləndirilməsi, rayonun ictimai-sosial həyatında ağsaqqalların iştirakının artırılması və gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda qarşıda duran vəzifələrin həyata keçirilməsi, ağsaqqalların ictimai fəallığının artırılması və cəmiyyət həyatında onların təcrübəsindən daha səmərəli istifadə olunması ilə bağlı müvafiq məsələlər müzakirə edilib, və rayon Ağsaqqallar Şurasınayeni sədr Tahir Məmmədov seçilib
Keçidlər