Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala məktəbliləri Ulu Öndərə həsr olunan müsabiqədə ifaçılıq bacarıqlarını nümayiş etdiriblər

27 aprel 2023 | 12:25

Aprelin 27-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində məktəblilər arasında Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev xatirələri” adlı şeir və mahnı müsabiqəsi keçirilib.

 Zaqatala Rayon İcra Hakimiyyəti, Təhsil sektoru və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə rayonun 66 təhsil ocağını təmsil edən 100 məktəbli Ulu Öndərə həsr olunan şeir və mahnılar ifa edib.

Müsabiqənin qalibləri mayın 10-da rayon Heydər Əliyev Mərkəzinin feysbuk və instaqram səhifələrində elan olunacaq.

Keçidlər