"Zaqatala İdman Uğurları-2025" adlı tədbir keçirilib.
05 dekabr 2025 | 10:04
Heydər Əliyev Mərkəzində rayonumuzun idman uğurlarına həsr olunmuş "Zaqatala İdman Uğurları-2025" adlı tədbir keçirilmişdir. Cari ildə idmançılarımız cüdo, sərbəst güləş, qol güləşi, futbol, şahmat, bədii gimnastika, basketbol, boks, voleybol və s. idman növləri üzrə rayondaxili yarışlarda 85 qızıl, 97 gümüş, 115 bürünc medal, Respublika səviyyəli yarışlarda 32 qızıl, 20 gümüş, 94 bürünc medal, Beynəlxalq yarışda isə 3 qızıl, 1 gümüş medal qazanılmışlar.






