Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala İcra Hakimiyyətində Dövlət İmtahan Mərkəzi tərəfindən təlimlərə başlanılıb

31 iyul 2023 | 17:57
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Zaqatala rayon İcra Hakimiyyətində dövlət qulluqçuları üçün “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında təlim keçirib.
DİM-in Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən keçirilən təlimdə icra hakimiyyətinin əməkdaşları ilə yanaşı Zaqatala Rayon Məhkəməsi, Zaqatala Gənclər İdman İdarəsi , Zaqatala DAİM, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala DSK və Zaqatala Maliyyə Şöbəsinin kollektivləri də iştirak etmişdir.
Təlimdə korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri və məsuliyyət, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, müvafiq sahədə beynəlxalq təcrübə, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları və onların əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri və digər qaydalar barədə məlumat verilib. Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.
Keçidlər