Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin rayonda fəaliyyət göstərən tütünqurutma məntəqəsində fermerlərdən yaş tütünün qəbulu davam edir. Mövsümün əvvəlindən bu günədək məntəqəyə istehsalçılardan 364 ton yaşıl tütün kütləsi daxil olub.
Şirkət tərəfindən bu il Zaqatala, Qax və Şəki rayonlarında 214 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Tütün istehsalı ilə əlaqədar həmin rayonlarda 22 fermerlə müqavilə bağlanılıb. Fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkilən sahə 154 hektar təşkil edir. Eyni zamanda, şirkətin özü tərəfindən də bu il şimal-qərb bölgəsində 60 hektar sahədə tütün əkilib.
Yaş tütünün hər kiloqramına görə fermerlərə I növ üzrə 35 qəpik, II növ üzrə 27 qəpik, III növ üzrə isə 20 qəpik ödənilir.






