Şriftin ölçüsü :

Saytın rəngi :

Zərifə Əliyevanın anadan olmasının 103 illiyi qeyd edildi.

28 aprel 2026 | 11:09
Dünya təbabətində özünəməxsus yeri olan, tibb elmində gur çıraq kimi şölələnən akademik Zərifə Əliyeva fitri istedada malik alim, Tanrının xalqımıza bəxş etdiyi heyrətamiz dərəcədə pak və nadir insan idi. Zərifə xanım yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti ilə qədirbilən xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır.
Bu fikir akademik Zərifə Əliyevanın anadan olmasının 103 illik yubileyi münasibətilə aprelin 28-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib. Zaqatala Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun ziyalı qadınları iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummili liderimiz Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Zərifə Əliyevaya həsr olunan film nümayiş etdirilib.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova çıxış edərək, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, tibb elminin, xüsusilə də onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, Zərifə Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. O, insanlarla ünsiyyət qurmağı, hər kəsin qəlbinə yol tapmağı bacarırdı. Zərifə xanım insanın mənəvi keyfiyyətlərinə yüksək qiymət verirdi, ünsiyyətdə olduğu hər bir kəsin qayğıları ilə maraqlanırdı.
Vurğulanıb ki, işıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq alim, qayğıkeş həkim, eyni zamanda, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürüb. O, Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı idi.
Keçidlər