Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni su xəttindən Zaqatalanın iki kəndinin 15 minədək sakini faydalanacaq

29 mart 2023 | 10:02

Martın 29-da Zaqatala rayonunun Aşağı Tala və Yuxarı Tala kəndlərinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə çəkilən yeni su xəttinin açılış mərasimi olub.

Bildirilib ki, uzun müddət su problemi ilə üzləşən bu kəndlərin ümumilikdə 15 minədək sakinini içməli su ilə təmin edəcək yeni su xətti daxili imkanlar hesabına çəkilib. Su xəttinin çəkilişi rayon icra hakimiyyəti, kənd bələdiyyəsi və sakinlərin dəstəyi ilə ərsəyə gəlib. 500 millimetr diametrli borularla çəkilən xəttin uzunluğu 1,2 kilometrdir.

Keçidlər