Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatında partiyanın təsis olunmasının 33-cü ildönümünə həsr edilmiş “Güclü Azərbaycan" mövzusunda tədbir keçirilmişdir.

22 noyabr 2025 | 10:17
Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatında partiyanın təsis olunmasının 33-cü ildönümünə həsr edilmiş “Güclü Azərbaycan" mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildirmiş və abidənin önünə gül dəstələri düzmüşlər.
Tədbir Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının inzibati binasında davam etdirilmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov açaraq partiyanın yaradılmasının tarixi zərurətindən, keçdiyi inkişaf yolundan və bu gün ölkəmizin siyasi həyatında oynadığı mühüm roldan söz açmışdır.
Tədbirdə çıxış edən Şəhər ərazi partiya təşkilatının sədri, partiya fəalı Ramin Həsənov qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan gerçəkliklərinin təbliğatçısı olan partiyadır. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır.
Çıxış edən partiya veteranı Elmira Hacıyeva bildirmişdir ki, bu gün qadınlarımızın partiyamızın həyatında fəal rol oynamaqla yanaşı, ictimai-siyasi proseslərdə yaxından iştirak edir.
Çıxış edən Zaqatala Dövlət İdarəetmə və Texnologiya kolleci ƏPT sədri, gənc fəal Dürrə Hacıyeva bildirmişdir ki, Yeni Azərbaycan Partiyasında gənclərin rolu dövlətimizin inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadə təbrik çıxışı edərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsini layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı islahatların icrasında YAP hər zaman dövlətçilik maraqlarının təmin olunmasında, milli inkişaf strategiyasının uğurla reallaşdırılmasında aparıcı qüvvə kimi çıxış edir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə vəsiqələri təqdim edilmişdir.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulmuşdur.
Keçidlər