YAP Zaqatala rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümü münasibətilə tədbir keçirmişdir.
21 noyabr 2024 | 16:13
YAP Zaqatala rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümü münasibətilə tədbir keçirmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, əziz xatirəsinə hörmət və ehtiram bildirilmişdir.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yeni Azərbaycan Partiyasının keçdiyi yol haqqında film nümayiş olunmuşdur.
İclası giriş nitqi ilə açan YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli . günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Bu gün 800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasında gənclərin xüsusi yeri var, eyni zamanda partiya veteranlarının təcrübəsindən kifayət qədər istifadə olunur.
YAP Zaqatala rayon təşkilatının gənc fəalı Simarə Abdullayeva çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya daha da inkişaf edib və güclənib. "Dünənin, bu günün və sabahın" partiyası olan Yeni Azərbaycan Partiyası həm də gəncliyin partiyasıdır. Vurğulamaq vacibdir ki, gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin partiya quruculuğu dövründə diqqət mərkəzində olmuş və qısa bir zaman məsafəsində, gənclər YAP-ın ətrafında cəmləşmişdir.
YAP Zaqatala rayon təşkilatının veteranı Tahir Məmmədov çıxışında dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının gündən–günə tərəfdarlarının, üzvlərinin sayının artırdığını, YAP-nın xalqın istək və arzularından doğan, xalqı rifaha, xoşbəxt gələcəyə aparan partiya olduğunu bildirmişdir. Bu gün partiyamızın gücü Heydər Əliyev ideyalarından, eyni zamanda, Ulu Öndər siyasətinin ən layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır.
Təbrik çıxışı edən RİHB-nın müavini Vəfa Süleymanova bildirdi ki, Heydər Əliyevin bünövrəsini qoyduğu bu partiya bu gün Cənubi Qafqazın ən böyük partiyasıdır, həmçinin partiyanın apardığı işlər Azərbaycan xalqının arzu və istəklərini reallaşdırır. Nə qədər ki, Azərbaycan var, YAP da azərbaycançılıq ideologiyasını uğurla həyata keçirməklə ölkəmizin bütövlüyünü qoruyacaq. Azərbaycanın hər yerində üçrəngli bayrağımız şərəflə dalğalanır. Bu gün bütün Azərbaycan xalqı azərbaycançılıq ideologiyası ətrafında birləşib və xoşbəxt gələcəyi olan Azərbaycan üçün mübarizə aparır.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunmuşdur.