Şriftin ölçüsü :

Saytın rəngi :

YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə keçirilib.

15 oktyabr 2026 | 11:24
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr həsr olunmuş Zaqatala Rayon İcra Hakimiyyətinin və YAP Zaqatala rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon müşavirəsi keçirilmişdir.
Zaqatala şəhər Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, YAP Zaqatala rayon təşkilatının Fərid Ramazanov, huquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, YAP rayon təşkilatının fəalları, rayon ziyalılar ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə müşavirədə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Sonra mövzu ətrafında məruzə və çıxışlar dinlənilmişdir. Natiqlər öz çıxışlarında VIII Qurultayın siyasi və ictimai əhəmiyyətindən bəhs etmiş, qurultayda Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən strateji istiqamətlərin müasir dövrün çağırışları baxımından əhəmiyyətini qeyd edərək bu hədəflərin reallaşdırılmasında hər kəsin üzərinə düşən məsuliyyətə diqqət çəkmişlər.
Eyni zamanda çıxışlarda Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra keçirilən qurultay ölkənin yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunmuş, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın qazandığı nailiyyətlərə, beynəlxalq münasibətlər sistemində artan roluna və qarşıdakı dövr üçün strateji hədəflərinə toxunduğunu vurğulanmışdır,
Keçidlər