Xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram sevinci
28 dekabr 2022 | 11:01
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) kollektivi qurumun qeydiyyatındakı sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlara əsl bayram sevinci yaşadıb. Mərkəzdə təşkil olunan bayram şənliyində, həmçinin şəhid və qazi ailələrinin övladları da iştirak ediblər.
Şaxta baba və Qar qız uşaqlarla əyləncəli oyunlar keçirib, onların bayramını təbrik edərək müxtəlif hədiyyələr paylayıblar.
Uşaqlar Yeni ilə aid şeirlər söyləyib, rəqs ediblər.