Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 33-cü ildönümü qeyd edildi

27 fevral 2025 | 09:39
26 fevral 2025-ci il tarixdə Zaqatala rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı“Xocalı faciəsi bizim qan yaddaşımızdır” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdə Xocalı qurbanlarının və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xocalı faciəsinin yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğu qeyd olunub. Xocalı faciəsinə ilk siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyi və məhz onun 1994-cü ildə imzaladığı Fərmanla 26 fevral - Xocalı soyqırımı və Milli Matəm Günü elan olunduğu diqqətə çatdırılıb. Bu gün Azərbaycan hakimiyyəti tərəfindən Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl işlərin davam etdirildiyi bildirilib.
Keçidlər