Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində şanlı qələbəmizin 5-ci ildönümü Zaqatala rayonunda bayram əhvali-ruhiyyəsi ilə qeyd edilib.

08 noyabr 2025 | 10:10
Vətən Müharibəsində şanlı qələbəmizin 5-ci ildönümü Zaqatala rayonunda bayram əhvali-ruhiyyəsi ilə qeyd edilib. Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə şəhər qəbiristanlığında şəhid məzarlarını ziyarət edib sonra “Zəfər kompleksi” abidəsi önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən “Qarabağ, sən azadsan” adlı tədbirin iştirakçılar əvvəlcə foyedə yeniyetmə və gənc rəssamların düşmən üzərində parlaq qələbəmizin 5-ci ildönümünə və qəhrəman şəhidlərimizə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Çıxışlardan sonra “Zəfər yolu” filmi nümayiş olunub.
Sonra tədbir iştirakçıları “Zəfər yürüşü”nə qatılmışlar. Yürüş Heydər Əliyev Mərkəzinin qarşısından başlayaraq “Şəhidlər Xiyabanı” kompleksində yekunlaşmışdır.
Keçidlər