Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib
31 may 2025 | 10:11
Zaqatala rayon Heydər Əliyev Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilib.
Tədbir Zaqatala rayon Təhsil Sektorunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin uşaqlar haqqında səsləndirdiyi qiymətli fikirləri özündə ehtiva edən video-çarx nümayiş olunub.
Tədbir bağça kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam etdirilib.