Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

10 may 2023 | 16:46
Ulu öndərin anadan olmasının 100 illiyi münasibəti ilə rayon rəhbərliyi, millət vəkili, hüquq-mühafizə orqanlarının rəhbərləri şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri əvvəlcə dahi rəhbərin istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində "Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir"adlı rəsmi yığıncaqda iştirak ediblər.

Yığıncaqda icra başçısının "Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda məruzə dinlənilmişdir. Qeyd olunmuşdur ki, XX əsr bəşəriyyətə çox görkəmli dövlət xadimləri, müdrik rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş etmişdir. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevdir. Xalqımız ona görə xoşbəxtdir ki, Azərbaycana Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik etmişdir. Məhz bu dahi rəhbərin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoymuşdur.
Bildirilmişdir ki, Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir.
Konfransda vurğulanmışdır ki, zəmanəmizin ən dahi şəxsiyyətlərindən olan Heydər Əliyevə öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olmuşdur. Ulu öndər Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü yaşadıqları illərlə ölçülmür. Ömrü boyu öz millətinin taleyini düşünən dahi rəhbər Heydər Əliyev indi də, gələcəkdə də xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.

Keçidlər