Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar vətəndaşlara pulsuz veriləcək
05 iyul 2024 | 16:57
Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanının icrası olaraq rayon mərkəzində bir ədəd “ASAN xidmət” avtobusu vasitəsi ilə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların vətəndaşlara pulsuz verilməsi təmin edilir.
Bu proses 01.01.2025-ci il tarixinə qədər davam edəcəkdir. Belə ki. 01.01.2025 ci il tarixdən sonra müraciət edən vətəndaşlar “Çıxarış”-ların əldə edilməsi üçün ən azı 236 manat ödəmək məcburiyyətində olmaqla ödənişsiz xidmətdən istifadə etmək fürsətini əldən vermiş olacaqlar.
("Dövlət rüsumu haqqında AR qanununa" əsasən 125.0 manat və AR Tarif (qiymət) şurasının 31.07.2023 -cü il tarixli, 05 saylı qərarına əsasən 111.0 manat xidmət haqqı)
Yuxarıda göstərilənləri nəzərə alaraq sakinlərimizi “Çıxarış” əldə etmələri üçün rayon mərkəzində fəaliyyət göstərən “ASAN xidmət” avtobusuna müraciət etmələrini tövsiyyə edirik.