Təyyarə qəzasında həlak olanların xatirəsi ehtiramla yad edildi
27 dekabr 2024 | 11:35
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həyatını itirənlərin xatirəsi ölkənin hər yerində olduğu kimi, Zaqatala rayonunda da dərin hüznlə anılıb.
Bu gün saat 12:00-da Zaqatala şəhərində nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb, vətəndaşlar bir dəqiqəlik sükutla həlak olanlara ehtiram göstəriblər. Rayon ərazisində matəm əlaməti olaraq dövlət bayraqları endirilib, keçirilməsi nəzərdə tutulan tədbirlər təxirə salınıb