Təbii fəlakətdən zərər çəkmiş vətəndaşlara tikinti materialları paylanıldı
12 sentyabr 2023 | 01:21
07 sentyabr 2023-cü il tarixdə baş vermiş güclü külək, leysan və dolu düşməsi nəticəsində vətəndaşların fərdi yaşayış evlərinə dəymi ziyanla bağlı icra hakimiyyəti tərəfindən Baş Nazirə və Fövqəladə Hallar Nazirliyinə edilən müraciətlər əsasında 09 sentyabr tarixində FHN-nin rayona ezam olunmuş mütəxəssisləri tərəfindən evlərə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Bu gün həmin aktlar əsasında FHN tərəfindən rayona göndərilmiş dam örtüyü və taxta materiallar zərərçəkmiş vətəndaşlara paylanılmışdır.