Şriftin ölçüsü :

Saytın rəngi :

Sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadə mövzusunda seminar keçirilmişdir

25 may 2023 | 16:49

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkilatçılığı və Zaqatala Rayon İcra Hakimiyyətinin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi məqsədilə ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işlərinin daha da gücləndirilməsi” mövzusunda seminar keçirilmişdir . Tədbirdə iştirak edən aidiyyatı nazirliklərin əməkdaşları Vəfa Məmmədova, Dünya Həsilova və Cəlal Hüseynli mövzu ilə bağlı seminar iştirakçılarına ətraflı məlumat vermiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.

Keçidlər