Şriftin ölçüsü :

Saytın rəngi :

"Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi" mövzusunda tədbir keçirilmişdir.

21 may 2024 | 10:22
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Zaqatala rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi" mövzusunda tədbir keçirilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Zaqatala Rayon İcra hakimiyyətinin əməkdaşı Anar Mustafayev, Nazirliyin Ekoloji Təhlükəsizlik Fəaliyyətinin Təhlili və Qiymətləndirilməsi şöbəsinin sektor müdiri əvəzi Vəfa Məmmədova, milli Hidrometeorologiya Xidmətinin direktor müavini Əkbər Əsgərov,Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "Azərsu" ASC-nin Ekologiya şöbəsinin müdiri Elmir Məmmədli, aidiyyatı qurumlar və rayon inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak etmişlər.
Keçidlər