Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri ilə görüş keçirilib

24 dekabr 2024 | 12:17
Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından, qanlarından keçmiş şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədi ilə daha bir addım atılmışdır.
Bu gün Zaqatala Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonumuzun 236 şəhidinin adının əbədiləşdirilməsi məqsədi ilə hər bir şəhidin adına qələm və qələm qabları hazırlanaraq Heydər Əliyev Mərkəzində şəhid ailələri ilə görüş zamanı təqdim edilmişdir.
Görüş zamanı Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə şəhid ailələrini qarşıdan gələn dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə tədbirk etmiş, şəhid adının əbədiləşdirilməsi, şəhid ailələrinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonar da davam etdiriləcəyini bildirmiş, bu işlərin daim nəzarətdə olduğunu vurğulamış və təqdim oluna xatirə qələmlərinin “Azərbaycan Hərb Tarixi Muzeyi”ndə sərgilənəcəyini bildirmişdir.
Bu təqdimat mərasiminin Ali Baş Komandan İlham Əliyevin doğum günü keçirilməsi heç də təsadüfi hal deyil. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz şücaət və qəhrəmanlıq göstərərək düşmən üzərində möhtəşəm qələbə qazanmış, 30 ilə yaxın işğal altında qalan dədə-baba torpaqlarımızın lider-xalq-ordu birliyi nəticəsində hərbi və siyasi-diplomatik yolla azad edilərək, ərazi bütövlüyümüzü bərpa etmiş, bununla da Azərbaycan tarixinə növbəti parlaq səhifələr yazılmışdır.
Keçidlər