Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində yeni aqroturizim təsərrüfatı

17 iyun 2023 | 10:25

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirləri davam edir.
Növbəti dəstək göstərilən təsərrüfat Zaqatala rayonunun Qazangül qəsəbəsində yerləşən, fermer Elman Yüzbaşova məxsus “Hope Lake” təsərrüfatı olub. Layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədilə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev təsərrüfatı ziyarət ediblər.
9 ha ərazisi olan “Hope Lake” təsərrüfatı iri və xırdabuynuzlu heyvanların saxlanılması üzrə ixtisaslaşıb. Eyni zamanda burada arıçılıq və quşçuluqla da məşğul olunur. Tam orqanik məhsul hazırlanması tendensiyası üçün turistlərə təklif olunan qidaların əksəriyyəti (mürəbbələr, kompotlar, turşular, süd və ət məhsulları və s.) təsərrüfatda istehsal olunur. Burada balıqçılıqla məşğul olmaq üçün göl də mövcuddur. Təsərrüfatın bir hissəsində isə üzüm bağı salınıb. Təsərrüfat sahəsi dağ ətəyində yerləşir ki, bu da turistlər üçün dağa çıxmaq, hikinq etmək, dağ yabanı meyvələrindən bəhrələnmək imkanı yaradır.

Keçidlər