Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından altı il ötür

27 sentyabr 2026 | 11:03

Şanlı Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından altı  il ötür. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında rəşadətli Azərbaycan Ordusu, ürəyində torpaq, millət sevgisi olan igid oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, mənfur düşməni əzəli torpaqlarımızdan birdəfəlik qovublar. Cəmi 44 gün davam edən bu müharibədə Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, bütün dünyada haqqın, ədalətin, beynəlxalq hüququn bərpasını da təmin etmiş oldu.

27 Sentyabr – Anım Günü ilə əlaqədar Zaqatalada ümumrayon anım tədbiri keçirilib. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Asif Əsgərov, Şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri əvvəlcə şəhər qəbiristanlığında şəhid məzarlarını, "Zəfər" kompleksini və "Şəhidlər Xiyabanı"nı ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.

Zaqatala şəhərindəki “Şəhidlər xiyabanı” kompleksinin önündə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Asif Əsgərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin rəis müavini Vüsal Qardaşlı çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi xalqımızın qələbəsi və Zəfəri kimi nəsillər ötdükcə ürəklərdə yaşayacaq. Vətən müharibəsində Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, bütün dünyada haqqın, ədalətin, beynəlxalq hüququn bərpasını da təmin etmiş oldu. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda canlarından keçən Vətən övladları sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər.

Şəhid anaları Züleyxa Laçınova və Səlminaz Allahyarova isə çıxışında şəhid ailələrinin dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb.

Tədbirin sonunda saat 12:00-da ölkəmizin bütün ərazisində olduğu kimi, Zaqatala şəhərində də Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sükut dəqiqəsi zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib. Rayon ictimaiyyəti şəhidlərin xatirəsini ehtiramla anıblar.

Həmin gün şəhər ərazisində "27 sentyabr-Anım Günü"nə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Millət Vəkili Asif Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və qazilər iştirak etmişlər. Umumilikdə əkilmiş 3900 ədəd ağacların əsas hissəsini Çinar, Eldar Şamı, Akasiya, Göyrüş kimi ağac növləri təşkil etmişdir.

Keçidlər