Rayonun su təsərrüfatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür
30 yanvar 2026 | 11:33
Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun içməli su təminatının yaxşılaşdırılması, əkin sahələrinin suvarılması, sel suları və daşqınlardan mühafizə işlərinin gücləndirilməsi istiqamətində tədbirlər görülməkdədir. Belə ki, idarə tərəfindən "Zilban çay" sisteminin şəhər ərazisi, "Bəkməz çay" sisteminin Sumaylı kəndi, "Tala çay" sisteminin Dardoqqaz kəndi, "Muxax çay" sisteminin sağ və sol sahili Əliabad qəsəbə, Yeni Suvagil, Yuxarı Çardaxlar, Qımır və Lahıc kəndlərinin ərazisindən keçən hissəsində kəndin əkin sahələrini sel, daşqın sularınnan qorunması məqsədi ilə çay məcra nizamlama və sahilbərkitmə tədbirləri həyata keçirilir. Hazırda işlər davam etdirilir.






