Rayonda qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər və mübarizə tədbirləri davam etdirilir
04 fevral 2026 | 12:06
Rayonda qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər və mübarizə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının rayon ərazisində yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının ləğv edilməsi, fitosanitar sabitliyin həyata keçirilməsi məqsədilə sakinlər, təsərrüfat sahibləri üçün geniş maarifləndirmə işlərinin aparılması və aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq mübarizə tədbirlərinin görülməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Zərərvericinin populyasiyasının azalması üçün yalnız dövlət qurumlarının deyil, vətəndaşların da fəal iştirakı vacibdir: Bağacığın qışladığı dövrdə ev sahibləri dövlət qurumları ilə birlikdə mexaniki mübarizə tədbirlərini davam etdirməlidirlər. Hər bir vətəndaş öz həyətyanı sahəsində, evində, çardağında və yardımçı tikililərdə bağacıqları aşkarlayıb məhv etməlidir. Qışlama dövründə aparılan mexaniki mübarizə tədbirləri kimyəvi üsullardan daha təhlükəsiz və ekoloji cəhətdən üstün hesab edilir. Buna görə də hər bir ev sahibi öz payına düşən məsuliyyəti yerinə yetirməlidir






