Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Gənclər günü qeyd olundu

03 fevral 2026 | 09:43
Gənclik hər zaman enerji, ideyaların qaynağı və gələcəyin ümididir. Həmçinin gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsi, gələcəyin əsas dayağıdır. Dövlətin gənclərə göstərdiyi diqqət və dəstək, eyni zamanda, gənclərin fəallığı və təşəbbüskarlığı ölkənin davamlı inkişafında onların rolunu daha da gücləndirir. Azərbaycanda hər il fevralın 2-si Gənclər Günü kimi qeyd olunur. Bu əlamətdar tarix gənclərin cəmiyyətin sosial, mədəni və ictimai-siyasi həyatında artan rolunu, onların potensialını və fəallığını ön plana çıxarır. Bu tarix həm də gənclərin potensialını, cəmiyyətə verdikləri töhfələri ictimaiyyətə nümayiş etdirmək üçün əlamətdar gündür.
Bu münasibətlə Heydər Əliyev Mərkəzində Zaqatala Rayon İcra Hakimiyyətinin və Zaqatala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər Azərbaycanın hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıblar.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, gəncləri əlamətdar bayram münasibətilə təbrik edib, onlara təhsildə, fəaliyyət göstərdikləri sahələrdə yüksək nailiyyətlər arzulayıb.
Tədbirin sonunda rayonun ictimai-siyasi, mədəni və idman həyatında fəal iştirak edən gənclər Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla mükafatlandırılıblar.
Keçidlər