Rayon rəhbərinin növbəti səyyar qəbulu Zaqatala şəhəri və Yeni Suvagil kəndində keçirilib.
07 noyabr 2024 | 17:04
Rayon rəhbərinin növbəti səyyar qəbulu Zaqatala şəhəri və Yeni Suvagil kəndində keçirilib.
Görüşdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri , idarə, müəssisə, təşkilat nümayəndələri və kənd sakinləri iştirak ediblər. Ümumilikdə 365 nəfərin iştirak etdiyi görüşdə vətəndaşları narahat edən əsas problemlər küçələrin asfaltlaşdırılması, təbii qaz xəttinin çəkilişi, su təchizatının yaxşılaşdırılması və elektrik infrastrukturunun yenilənməsi ilə bağlı məsələlər olmuşdur.