Rayon rəhbərinin növbəti səyyar qəbulu Qandax və Fındıqlı kəndlərində keçirilib.
25 noyabr 2024 | 16:53
Rayon rəhbərinin növbəti səyyar qəbulu Qandax və Fındıqlı kəndlərində keçirilib.
Görüşdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri , idarə, müəssisə, təşkilat nümayəndələri və kənd sakinləri iştirak ediblər. Ümumilikdə 170 nəfərin iştirak etdiyi görüşdə vətəndaşları narahat edən əsas problemlər su təchizatının yaxşılaşdırılması və elektrik infrastrukturunun yenilənməsi və yeni uşaq bağçasının tikintisi ilə bağlı məsələlər olmuşdur.