Rayon rəhbəri və icra hakimiyyətinin əməkdaşları "Son zəng" tədbirlərində iştirak etmişlər
14 iyun 2025 | 17:14
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və icra aparatının əməkdaşları rayonun ümumtəhsil məktəblərində keçirilən "Son zəng" tədbirlərində iştirak etmişlər.
Rayonun şəhər, qəsəbə və kəndlərində məktəblilərlə görüşən icra hakimiyyətinin əməkdaşları məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, Zaqatala məktəblilərinin son illərdə qazandığı uğurlardan söz açaraq, rayon məktəblilərinin yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olunmalarını təqdirəlayiq hal kimi qiymətləndirib, bu nəticələrin həm müəllimlərin peşəkarlığının, həm də şagirdlərin səylərinin göstəricisi olduğunu qeyd etmişlər.






