Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhvəyi mərmər bağacığına qarşı mübarizəyə dair maarifləndirici görüş keçirilib

18 avqust 2026 | 15:08
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı və Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə icra hakimiyyətində “Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri” haqqında maarifləndirici seminar keçirilmişdir.
Seminarda Zaqarala RİHB-nın müavini İlkin Şəfizadə, Aqrar Xidmətlər Agentliyinin Sədr müavini Cəfər Məhərrəmov, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov, Zaqatala DAİM direktoru Vaqif Şabanov, aidiyyəti qurumların əməkdaşları, şəhər, qəsəbə, kənd icra nümayəndələri, bələdiyyələr və fermerlər iştirak etmişlər.
Seminarın əsas məqsədi kənd təsərrüfatı bitkiləri üçün ciddi təhlükə yaradan bu zərərverici barədə vətəndaşları məlumatlandırmaq və qabaqlayıcı tədbirləri müzakirə etmək olub.
Çıxışlar zamanı bildirilib ki, qəhvəyi mərmər bağacığı polifaq (çox yeyən) zərərverici olmaqla, xüsusilə meyvə, tərəvəz və dənli bitkilərə ciddi ziyan vurur, məhsuldarlığı və keyfiyyəti kəskin şəkildə aşağı salır. Onun sürətlə çoxalma potensialı olduğuna görə, vaxtında aşkarlanması və kollektiv şəkildə mübarizə tədbirlərinin təşkili mühüm əhəmiyyət daşıyır. Seminar çərçivəsində tədbir iştirakçıları ilə aktiv fikir mübadiləsi aparılıb və fermerləri maraqlandıran bütün suallar təşkilatçılar tərəfindən ətraflı cavablandırılıb.
Keçidlər