Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ fatehləri” və "Tarix yazan oğullar" adlı kitabların təqdimatı keçirilib

21 iyul 2022 | 10:47

20 iyul 2022-ci il tarixdə Zaqatala rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza həsr olunmuş “Qarabağ fatehləri” və "Tarix yazan oğullar" adlı kitabların təqdimatı olub.Müəllifləri Zaqatala qəzetinin redaktoru İbrahim İbrahimov və Zaqatala qəzetinin redaktor müavini, “Yeni fikir” İctimai Birliyinin sədri, Əməkdar Mədəniyyət İşçisi Elmira Mehdiyevadır. Təqdimat Zaqatala rayon İcra Hakimiyyəti aparatının nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların, şəhid ailələrinin, qazilərin, hərbçilərin iştirakı ilə baş tutmuşdur.

Keçidlər