Şriftin ölçüsü :

Saytın rəngi :

Qanvermə aksiyasına 300-dən cox rayon sakini qatılıb.

14 avqust 2024 | 10:02
Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Zaqatala RMX-sı PHŞ-nın birgə əməkdaşlığı, həmçinin Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu gün Zaqatala RMX-nın Cərrahi korpusunda qanvermə aksiyası keçirilmişdir. 300 nəfərdən çox rayon sakini qan vermək üçün cərrahiyə korpusuna gəlmişdir.
Həkim-hematoloqları tərəfindən əvvəlcə hər bir donorun sağlamlığı müvafiq tibbi müayinə ilə yoxlanılıb, daha sonra onlardan qan götürülmüşdür. Aksiya çərçivəsində 151 nəfərdən qan götürülməsi mümkün olmuşdur.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü qan verməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildirmişlər
Keçidlər