Qanvermə aksiyası keçirilib
02 oktyabr 2025 | 10:41
Respublika Qan Bankı PHŞ-nın Şəkil bölməsi və Zaqatala RMX-sı PHŞ-nın birgə əməkdaşlığı, həmçinin Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu gün Zaqatala RMX-nın Cərrahi korpusunda qanvermə aksiyası keçirilmişdir. 200 nəfərdən çox rayon sakini qan vermək üçün cərrahiyə korpusuna gəlmişdir.
Həkim-hematoloqları tərəfindən əvvəlcə hər bir donorun sağlamlığı müvafiq tibbi müayinə ilə yoxlanılıb, daha sonra onlardan qan götürülmüşdür. Aksiya çərçivəsində 160 nəfərdən qan götürülməsi mümkün olmuşdur.






