Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev xalqımızı qalib xalqa çevirdi, ordumuzun gücünü dünyaya göstərdi

01 noyabr 2022 | 11:05
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təşəbbüsü, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə keçirilən Ümumrespublika Zəfər Forumu davam edir.
Zəfər forumunun növbəti ünvanı oktyabrın 31-də İsmayıllı rayonu olub. Zaqatala rayonunun nümayəndə heyyətinin iştirak etdiyi tədbirdə Şamaxı, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Ucar, Qəbələ, Şəki, Qax, Balakən və Oğuz rayonlarının nümayəndələri də iştirak etmişlər.
Forumun əsas məqsədi Zəfərimizin tarixi əhəmiyyətinin ölkəmizdə geniş təbliği, şəhid ailələrinə və müharibə iştirakçılarına, döyüşlərdə sağlamlıqlarını itirən hərbi qulluqçulara göstərilən diqqət və qayğının daha da artırılması, gənclərin qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsi, Azərbaycan Ordusu üçün yüksək mənəvi və iradi keyfiyyətlərə malik gənclərin yetişdirilməsi, Vətənə xidmət peşəsinin – hərbi peşənin sevdirilməsidir.
Keçidlər