Od çərşənbəsi təntənəli şəkildə qeyd olunub
04 mart 2025 | 14:47
4 mart 2025-ci il tarixdə Zaqatala rayonunda çərşənbələrdən ikincisi olan od çərşənbəsi təntənəli şəkildə qeyd olunub.
Zaqatala RİH başçısı Mübariz Əhmədzadənin, idarə və təşkilat rəhbərlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən bayram şənliyində "Od çərşənbəsi"nin rəmzi olan tonqal qalanıb, rayonun incəsənət xadimlərinin ifasında gözəl musiqilər səsləndirilib.
Şənlik rəngarəng rəqs nömrələri ilə davam etdirilib.